|
Siz indi
Create a new account |
Bu dəfə də daha bir əsər oxudum.İohan Volfqanq Getenin Faust əsərini.Alman ədəbiyyatının ensiklopediyası sayılan bu faciəvi əsər,1774-cü ildə yazılmağa başlamış və Getenin ölümündən bir il öncə yəni,1831 ci ildə bitmişdir.Əsərdə doktor Faust ,o biri dünyyadan üz döndərib,yalnız bu dünyada öz istəklərini həyata keçirtmək üçün şeytan ruh Mefistofellə müqavilə bağlayır.İlk öncə Qretxeni sevir,onunla arasını düzəltmək üçün Mefistofelə əmr edir.Bununla o Qretxenlə sevişir,onun ucbatından anası ölür,qardaşını da öldürür.Qretxen isə tək qalır.Övladını quyuya atmağına görə də onu həbs edirlər.Bütüb bunlarda Mefistofeiln əməyi sözsüz ki böyük olur.
Lakin Faustun daha böyük istəkləri olur,o da xalqını azad və firavan görmək istəyir.Əsərin sonunda o buna nail olur.Dünyasını dəyişən kimidə müqavilə də olduğu kimi ruhu Mefistofelə tabe olur.Lakin xeyir mələkləri Faustun ruhunu Mefistofelin əlindən alaraq,onu Cənnətə aparırlar.
Əsər həqiqətəndə çox çətin məzmuna malikdir.
Neçə gündü özümü, yəni boş vaxtlarımı ancaq kitablara həsr edirəm.Çox böyük həzz verir mənə.Hərdən isə çox sıxılıram.Bəzən özümü oxuduğum əsərlərin içində hiss edirəm.
Dünən gecə isə daha bir roman oxudum.Bu Rəşad Nuri Güntəkinin “Damğa” romanı idi.Öz sevdiyi qadının namusunu xilas etmək üçün,və onların gecə vaxtı bir otaqda olmasını heç kimin görməməsi üçün özünü demək olar ki,qurban verir.Sevdiyinə yalvarıb,ona yuxarı öz otağına getməyi söyləyir.Və bununla da ona həyatı boyunca “oğru damğası” vurulur.Otağa girənlər onu tək görüb,elə bilirlər ki,İffət oğurluq etməyə gəlmişdir.Bundan sonra da İffət heç vaxt yaxşı işdə işləyə bilmir,bütün inamını,hörmətini hamının qarşısında itirir.Ona iş təklif edənlər isə ancaq fırıldaqçılar olur.
Nə isə, əslində mənə maraqlı gələn budur.Həqiqətənmi vaxtilə oğurluq üstündə ittiham edilmiş,kimsəyə bizim inamımız qalmır?Çoxda desək ki,yox insana ikinci şans verilməlidi,buna baxmayaraq ürəyimizin dərinliyində bir az şübhə qalır.Elə İffət günahsız olduğu halda ömrü boyu “damğa ilə yaşayaraq,insanlar qarşısında inamını itirir.Onu çox sevən qardaşı gilə qonaq gedərkən,o yatdığı otaqdan qardaşının yoldaşı tələsik mirvarisini götürüb çıxır.Niyə?? Çünki ürəyində şübhə qalır.
Ona görə də çalışaq ki,həyatımızda bir addım atmamışdan əvvəl götür-qoy edək.Şeytan bizi aldadıb öz toruna salmasın.Həmişə ALLAHa sığınaq.O bizi doğru yola yönəldsin.Və ən əsası da heç vaxt “damğa” ilə yaşamaq məcburiyyətində qalmayaq.
Savab haqqında bir məlumat oxuyub sizinlə bölüşmək istəyirəm.beləki,bu sözün kökü olan “savb” kəlməsi lüğəvi olaraq “bir şeyin əvvəlki halına geri dönməsi” mənasına gəlir. Məsələn, bir kəsin evinə geri qayıtmasına “o əvvəlki vəziyyətinə geri qayıtdı” deyilir.
“Səvb” də belə vəziyyətləri ifadə etmək üçün işlədilir. “Səvb” eyni zamanda bükülmüş yun və pambıq ipliyinə də deyilir ki, burada da paltar nəzərdə tutulur.
“Qarşılıq” mənasında savab: “Savab” islam qaynaqlarında görülən əməllərin nəticəsində hasil olan şey olaraq başa düşülür. Edilən şeyin nəticəsinə “savab” deyilir. Bir əməl üçün təqdir edilən savab yəni əməllərin qarşılığıdır. Belə ki, Quranda: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” buyurulur.
Cəza daha çox istər müsbət, istərsə də mənfi mənada “qarşılıq” deməkdir. Savab isə edilən bir işin nəticəsidir. “Savab” kəlməsi xeyir və şər olan bütün əməllər üçün istifadə edilməsinə baxmayaraq, daha çox gözəl əməllər haqqında işlədilir. Qurani-Kərimdə deyilir:
“Bu Allah qatından bir savabdır (qarşılıqdır). Ən yaxşı mükafat Allah yanındadır!” (Ali-İmran, 195).
Digər tərəfdən, inanmayanlara veriləcək cəza “savab” kökündən törəyən “məsubət” ilə ifadə edilir. Çünki cəza da savab kimi hər hansı bir əməlin qarşılığıdır. Məsubətin Allah qatındakı və möminlərə veriləcək mükafat mənasında da istifadə edildiyi hallar vardır.
“Savab” xeyir əməllərə qarşı rəbbimizin verməsini ümid etdiyimiz nəticədir. Möminlər İslamın özlərinə əmr etdiyi şeyləri yerinə yetirdikləri zaman bunun “savabını” alacaqlarını bilirlər. “Savab” fərzləri və vacibləri yerinə yetirmənin qarşılığı olduğu kimi, möminlərin bütün nafilə ibadətin və hər cür xeyirli əməlin də qarşılığıdır.
“Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı iş görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (əl-Bəqərə, 81-82).
Qurani-Kərimin bir ayəsində bu barədə buyurulur:
“Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!” (Məryəm 76)
Xalq arasında hər cür xeyirli iş, saleh əməl və ya Allahın razı olacağı bütün davranışlar “savab” adlandırılır. Bu, İslamın insanları dəvət etdiyi “xeyir”dir. İslam insanları mütəmadi olaraq bu cür xeyirli və savab iş görməyə dəvət edir. Möminlər daha çox savab qazanmaq üçün insanlarla gözəl rəftar edir, yaxşılıq edir, yardım göstərir, xeyirli işləri görməyə can atırlar. Onlar bilirlər ki, Allahın razılığını qazanmaq üçün görülən bütün xeyir əməllər möminə savab qazandırır.
Ununmamalıyıq ki, savab ancaq sağ ikən qazanılır. Yalnız sədəqeyi-cariyə (sahibinə mütəmadi olaraq savab qazandıran yaxşı əməl) savabı isə ölümdən sonra da davam edir.
Saytların birində belə bir yazı ilə qarşılaşdım.Sizinlə bölüşmək istəyirəm.Düzdü çox uzun yazıdı.Amma oxusanız yaxşı olar.
Novruz – əslən farca bir sözdür. Ərəbcələşmiş şəkili “Neyruz”dur. Novruzun mənası “yeni gün” deməkdir. Novruz bayramı, Farsların bayramlarından biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk dəfə keçirən şəxs farsların ilk krallarından olan Cəmşiddir. Novruz Farisi ilin ilk günləri olub, beş gün davam edir. Misirdə yaşayan qibtilər də (Misirin xristian ərəbləri) Novruzu qeyd edirlər. Qibtilərə görə Novruz, ilin ilk günü olub Şəm Nəsim (Məltəm ətiri) bayramı adlanır. Bu barədə ən böyük islam alimi olan Zəhəbi – Allah ona rəhmət eləsin – “Təşəbbuhu’-Hasîs bi Əhli’l-Hamîs”; s: 46 adlı əsərində belə demişdir: “Novruz bayramına gəlincə, Misir camaatı həddini aşaraq bu günü təntənəli şəkildə qeyd edirlər. Novruz, Qibtilərin ilinin ilk günü olub onlar bu günü bayram olaraq qeyd edirlər. Müsəlmanlar da bu məsələdə onlara bənzəmişdir” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).
Müsəlmanların Ramazan bayramı ilə Qurban bayramından başqa keçirəcəkləri digər heç bir bayram yoxdur. Bu iki bayramdan başqa olan bayramlar, sonradan çıxarılmış, dinə olunan yeniliklərdən biridir. Buna bidət deyilir. Hər bidətin zəlalət olduğunu, hər zəlalətin də sonunun Cəhənnəmdə yanmaq olduğunu bilən hər bir inanclı müsəlman bacardığı qədər belə əməllərdən çəkinməlidir. Bu bayramları qeyd etmək icazəli deyildir. Mən burada məsələləri islamın mövqeyi kimi yazıram. Əlbəttə bizim camaatımız da müsəlman bir xalqdır və bu bayramı çox təntənə ilə qeyd edirlər. Burada ümumi islamın mövqeyini yazıram və mənim hazırladığım material heç kimi narahat etməsin. Dönüşümüz Allahadır.
Hər bir məsələdə, xüsusi ilə şəriət məsələsində söz deyən, fikir bəyan edən şəxs mütləq böyük bir dəlilə əsaslanmalıdır. Biz Novruz bayramını qeyd etmək haqqında tutarlı dəlillərə sahib deylik. Açıq danışaq ki, bu barədə əlimizdə olan dəlillərin hamısı tarix boyu dədə-babalarımızın təkrarladığı adət-ənənədir. Bu da heç bir vaxt həqiqətin yerini verə bilməz. Allahın elçisinin (s.ə.s) yanında olan və ondan hədis rəvayət edən Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə o belə demişdir:
(( قَدِمَ رَسُولُ اللهِ ج الْمَدِينَةَ وَلَهُمْ يَوْمَانِ يَلْعَبُونَ فِيهِمَا، فَقَالَ: مَا هَذَانِ الْيَوْمَانِ؟ قَالُوا: كُنَّا نَلْعَبُ فِيهِمَا فِي الْجَاهِلِيَّةِ. فَقَالَ رَسُولُ اللهِ ج: إِنَّ اللهَ قَدْ أَبْدَلَكُمْ بِهِمَا خَيْرًا مِنْهُمَا: يَوْمَ الْأَضْحَى وَيَوْمَ الْفِطْرِ.)) [ رواه أبو داود والنسائي وصححه الألباني في السلسة الصحيحة ]
Allahın rəsulu (s.ə.s) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin (Novruz bayrmı günü ilə Mehracan günü adlandırdıqları) oynayıb əyləndikləri iki günləri var idi. Allahın rəsulu (s.ə.s):
- Bu günlər nədir? – deyə soruşdu.
Mədinəlilər:
- Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər.
Bunu eşitdikdə Allahın rəsulu (s.ə.s) belə buyurdu:
- Şübhəsiz ki, Allah təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını vermişdir” (Ebu Davud; hadis no: 1134. Nesâî; hadis no: 1556. Elbânî de; “Silsiletu’l-Ehâdîsi’s-Sahîha”; hadis no: 2021′de hadisin sahih olduğunu belirtmiştir..)
Dinə sonradan əlavə olunan bayramlara, Novruz bayramı, Qadınlar bayramı, Analar günü, Ad günləri, Müstəqillik bayramı və s. sayı-hesabı olmayan bayramların hamısı daxildir. Əgər qeyd olunan bayram Novruz bayramı kimi, əsasən kafirlərin şənləndikləri bayramlardandırsa bu zaman haramlığı, daha da şiddətli və böyük olar. Novruz bayramı, cahiliyyə bayramlarından biriir. Farslar, İslamdan əvvəl bu bayramı qeyd etdikləri kimi, xristianlar da bu bayramı qeyd edirdilər. Farslara və xristianlara bənzəmək olduğuna görə Novruz bayramını qeyd etmənin haram olması, açıq aşkar ortadadır. İmam Zəhəbi (Allah ona rəhmət eləsin) “ət-Təməssuk bi’s-Sunən və’t-Təhzîr minə’l-Bidə’ /Sünnətə Bağlanmaq ve Bidətlərdən çəkinmək” risâləsində belə demişdir: “Ad günü, Yeni il, Novruz kimi bayramlarda islamdan uzaq insanlara bənzəmək çirkin bir bidətdir (dində yenilikdir). Bir müsəlman, bu günləri və bayramları bilmədən din sayaraq edərsə (müqəddəsləşdirərsə), o tənqid olunmalı, ona islamın bu barədə olan hökmü öyrədilməlidir. Əgər dindən uzaq insanlara sevgi bəsləyərək və onların bayramlarına sevinc hissi keçirərək bu bayramı qeyd edərsə, bu davranışına görə də tənqid olunmalıdır. Yox əgər bir adət və əyləncə olsun deyə və ailəsini razı edib uşaqlarının sevinməsi üçün edərsə, bu təqdirdə onun vəziyyətinə baxılır. Əməllər, ancaq niyyətlərə görə dəyərləndirlir. Cahil olan, bu barədə heç bir məlumtaı olmayan bu məsələdə üzrlüdür və islamın bu barədəki hökmü özünə öyrədilməlidir. Ən doğrunu bilən Allah təaladır” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).
Bu araşdırmamamız heç kimi narahat etməməlidir. Çünki hər kəsin vicdan azadlığı, söz azadlığı, bu və ya digər şəkildə bilməyənlərə həqiqəti çatdırmaq azadlığı vardır. Biz əlbəttə bu qədər camaatımızın və gənclərimizin mövqeyini dəyişmək üçün bu araşdırmanı ortaya qoymuruq. Bu vəziyyətdən Allaha sığınırıq. Yaxud da kiməsə sən bu bayramı qeyd etmə də demirik. Bu məsələdə heç bir qadağa qoymaq və ya kimisə bu işdə məcbur etmək haqsızlıqdır. Bu həm dövlətimizin qayda-qanunlarına, həmdə ümumi cəmiyyətimizin hələ öz adət-ənənələrinə yenicə qayıtdığı bir şəraitdə qarşısının kəsilməsi kimi də başa düşülə bilər. Belə səhv anlaşılmaqdan da Allaha sığınırıq. Çünki biz hamımız bu cəmiyyətin içərisindəyik və istər-istəməz bu adət-ənənələri ən azından yaşayırıq. Hamımızın evimizdə hər yaz bu təmtəraqllı bayram qeyd olunur, özümüz də bişirilən şirniyyatlardan yeyirik. Biz sadəcə bu məsələdə islam şəriətinin ortaya qoyduğu məsələləri oxucularımızın diqqətinə çatdırırıq.
Allahın peyğəmbərindən (s.ə.s) gələn bu hədisə görə bayramlarında kafirlərə bənzəmək, doğru deyildir.
(( مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ.)) [ رواه أبو داود وأحمد ]
“Hər kim bir camaata (qövmə, xalqa) bənzəyərsə (Onların geyindiyi kimi geyinərsə, getdiyi yolla gedərsə və onların işlətdiyi əməlləri işlədərsə) o da onlardandır” (Ebu Davud ve Ahmed).
Bunun mənası odur ki, müsəlmanlar kafirlərə aid hər şeydə onlara bənzəməkdən və onların bu davranışlarını xoş görməkdən uzaq durmalıdırlar. Çüki mükəmməl əxlaqa sahib olan bir müsəlman istər-istəməz onların arasına qarışsa nə qədər özünü gözləsə də yenə əxlaqını itirə bilər. Belə hallara düşməkdən də Allaha sığınırıq. Abdullah bin Əmrdən – Allah ondan və atasından razı olsun – rəvayət olunur ki, o belə demişdir:
(( مَنْ مَرَّ بِبِلاَدِ الْأَعَاجَمِ ( وفي رواية: بَنَى بِأَرْضِ الْمُشْرِكِينَ) فَصَنَعَ نَيْرُوزَهُمْ وَمِهْرَجَانَهُمْ، وَتَشَبَّهَ بِهِمْ حَتَّى يَمُوتَ وَهُوَ كَذَلِكَ، حُشِرَ مَعَهُمْ يَوْم الْقِيَامَة.)) [ عون المعبود وفيض القدير]
“Hər kim, Əcəmlərin (qeyri ərəblərin) ölkəsindən keçərsə (başqa bir rəvayətdə): Müşriklərin (Allaha şərik qoşanların) torpağında olarsa, onlarla bərabər onların Novruz və Mehrəcan bayramlarını qeyd edərsə və ölənə qədər bu halda qalaraq onlara benzəyərsə, qiyamət günü onlarla bərabər həşr olunar”
Çünki bayramlar, şəriət və yol qəbilindəndir. Necə ki, Allah təala bu barədə belə buyurmuşdur: “Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)” (əl-Həcc, 67).
Eyni ilə qiblə, namaz, oruc kimi…
Bu səbəbdən də alimlər deyirlər ki, cahillərin bayramlarında iştirak etməklə onların izlədikləri digər yollarla getməyin heç bir fərqi yoxdur. Yəni əgər sən müsəlmansansa və bu bayramın cahiliyyə bayramı olduğunu bilirsənsə, bundan uzaqlaşmalısan, çünki bayramda cahillərlə olmaq, digər işlərində də cahillərlə olmaq kimidir. Onların bayramlarının hamısını qəbul etmək onların küfrünü qəbul etmək deməkdir. Onların bayramlarından bir qismini qəbul etmək, onların küfrlərindən bir qismini qəbul etmək deməkdir. Bayramlar, şəriətləri (dinləri) bir-birindən ayıran ən açıq xüsusiyyətlərdən və ən açıq simvollardan biridir.
Etirazlara və fikirlərinizə hər zaman qapım açıqdır. Həqiqətən də mən sadəcə şəriətin bu barədə olan məsələlərini qeyd etdim. Etirazdan və mənə mənfi reaksiya verməyinizdən əvvəl çox xahiş edərdim ki, siz açıb bu məsələ barədə bütün islam alimlərinin kitablarını oxuyasınız. Görəcəksiniz ki, bunları nə araşdırmaçı, nə də mən havadan və nəfsimizdən yazmamışıq. Bunlar şəriətin qayda-qanunlarıdır. O dünyəvi qayda-qanunlara bənzəmir. Çünki şəriətdə oğrunun əli kəsilir, zinakar daş-qalaq olunub öldürülür. Qazi Xan demişdir: “Əgər bir şəxs, başqa bir gündə almadığı bir şeyi sadəcə Novruz bayramı günü satın alarsa, kafirlərin ucaltıqları və təzim etdikləri kimi, bu günü ucaltmaq və ona təzim göstərmək istəyərsə, bu təqdirdə kafir olar. Yox əgər ucaltmaq və ona təzim göstərmək üçün deyil, sadəcə əylənmək üçün satın alarsa, bu təqdirdə kafir olmaz. Əgər Novruz günü bir insana bir şey hədiyyə edər və bununla o günü ucaltmaq üçün ona təzim göstərmək istəməz, bunu sadəcə insanların bir adəti olduğu üçün edərsə, bu təqdirdə kafir olmaz. Müsəlmanın, bu gündən əvvəl və ya sonra etmədiyi bir şeyi bu gündə də etməməsi və kafirlərə bənzəməkdən qaçması lazımdır”. Maliki alimlərindən İbn Qasım deyir: “Müsəlmanın, bir xristianın bayram günündə ona bir şey hədiyyə etməsini çirkin görmüş və bu davranışın, onun bayramını ucaltmaq, ona təzim göstərmək və onun küfrünə kömək etmək kimi görmüşdür. Eyni şəkildə bayramlarında kafirlərə bənzəmək doğru deyildir…”
Dəyərli alim Abdullah bin Cibrin (Allah onu qorusun) bu barədə belə deyir:
“Xristianların yeni il bayramı ilə (Məcusilərin) Novruz və Mehrəcan bayramları kimi bidət olan bayramları qeyd etmək doğru deyildir. Eyni şəkildə müsəlmanların, dində sonradan çıxardıqları Rəbü-əl-Əvvəl, Mövlüd-i Nəbəvi (Peyğəmbərin ad günü), Rəcəb ayında olan Merac Bayramını qeyd etmələri də doğru deyildir. Xristianların yeni il gecəsi və yaxud müşriklərin öz bayramları üçün hazırladıqları yeməkdən yemək doğru deyildir. Bu bayramları təbrik etmək üçün etdikləri dəvətə getmək də doğru deyildir. Çünki onların dəvətinə cavab vermək, onları bu məsələyə təşviq etmək, onları cəsarətləndirmək və onların bu bidətlərini qəbul etmək deməkdir. Eyni zamanda bu davranış camaatdan savadı olmayan kimsələrin aldadılmalarına və kafirlərin bu hərəkət və davranışlarında hansısa bir təhlükənin olmadığına inanmalarına səbəb olar. Allah təala ən axşı biləndir” (el-Lu’lu’ul-Məkîn Min Fətâvâ İbn-i Cibrîn; s: 27).
Hazırladığım bu məqaləni www.islamhouse.com saytından əlavələr edərək tərcümə etmişəm. Məqalənin əsl müəllifi Mühəmməd Saleh əl-Münəccid, türk-dilinə çevirən Muhammed Şahin, tədqiq edən Ümmü Nəbildir.
Məqaləni oxuyanda islamdan anlayışı az olanlarda çaşqınlıq və şübhə yaranmasın. Çünki bu məqalə tam qəlbi ilə Allaha bağlı olanlar üçün hazırlanmışdır. Əsas izah olunmağa çaılşılır ki, tam qəlbi ilə Allaha və Onun peyğəmbərinə (s.ə.s) bağlı olanlar diqqətli olsunlar və qondrama bayramlara aldanmasınlar. Doğru yola müvəffəq edən Allahdır. Allah təala bizi doğru yoluna müvəffəq etsin. Amin!
Tərcümə edib hazırlayan və əlavələr edən:
Əkrəm Həsənov (İlahiyyatçı) .
Bir gün ALLAH-TƏALA Musa peyğəmbərə buyurur ki,get özündən ən aşağı olan bir kimisə tap və gəl mənə xəbər et.
Musa peyğəmbər yolla gedərkən bir it cəsədini tapır.Fikirləşir ki,axtardığı bəlkə budur.Amma nədənsə geri qayıdıb ALLAH-TƏALAYa deyir:
“Ya rəbbim mən özümdən aşağı olan kimsni tapa bilmədim.”
Hərçənd ki,ALLAH hər şeyi bilirdi.Və Musaya söylədi:
“Ya musa əgər sən o it cəsədinin səndən aşağı olduğunu söyləsəydin Peyğəmbərliyinə bir ləkə gətirmiş olacaqdın.”
Amma razılaşaq ki,həyatımızda belələri çoxdur,nəinki adi bir it cəsədi,10-15 manatı artıq olan kəslər onlardan zəif olanlara sözün əsl mənasında “yuxarıdan aşağıya” baxırlar.
Görəsən,həqiqətənmi pul insanı qudurdur?
Şərif ləqəbi: Mustəfa.
Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa.
Atası: Əbdüllah.
Anası: Amənə binti Vəhəb.
Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı.
Doğulduğu yer: Məkkeyi Müəzzəmə.
Doğulduğu il: Fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü).
Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı.
Vəfat etdiyi il: Hicrətin11-ci ili.
Ömrü: 63 il.
Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər.
Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə.
Övladlarının sayı: 7 (3 oğul, 4 qız).
Oğlanları:
1. Qasim (Tahir).
2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir.
3. İbrahim (anası Mariyədir).
Qızları:
1. Zeynəb.
2. Rüqəyyə.
3. Ümmü Gülsüm.
4. Fatimə (salamullahi əleyha).
Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah).
Niyə kədərlisən?
Yoxsa Adəm peyğəmbər (a.s) kimi 200 il tövbə etdin?
Niyə kədərlisən?
Yoxsa İbrahim peyğəmbər (a.s) kimi atəşə atıldın?
Niyə kədərlisən?
Yoxsa Zəkəriyyə peyğəmbər (a.s.) kimi mişarla doğrandın?
Niyə kədərlisən?
Yoxsa Yusif peyğəmbər (a.s) kimi quyuya atıldın?
Niyə kədərlisən?
Yoxsa Muhəmməd peyğəmbər (s) kimi Taifdə daşlandın? Namazda ikən başına heyvan bağırsağı qoyuldu? Yoxsa Rasulullah (s) kimi dişin qırıldı, hicrət etmək məcburiyyətində qaldın. Sevdiklərindən ayrıldın?
Niyə kədərlisən?
Yoxsa Həmzə (r.a) kimi qulağın kəsildi?
Niyə kədərlisən?
Yoxsa Musab bin Umeyr (r.a) kimi qolların kəsildi?
Niyə kədərlisən?
Yoxsa Cəfər ibn Əbu Talib (r.a) kimi ox, mizraq və qılınc zərbələriylə yaralandın?
Niyə kədərlisən?
Yoxsa Əmmar, Sumeyyə, Yasir (r.a) kimi işgəncə gördün?
Niyə kədərlisən?
Yoxsa Bilal (r.a) kimi qızğın torpağa uzadılıb, üstünə daşlar qoyuldu?
Niyə kədərlisən?
Yoxsa Yunus peyğəmbər (a.s) kimi dənizə atıldın?
Niyə kədərlisən?
Yoxsa Eyyub peyğəmbər (a.s) kimi bədənini yaralar örtdü?
Niyə kədərlisən?
Yoxsa Hüseyn (r.a) kimi başın kəsildi?
Niyə kədərlisən?
Yoxsa Ömər (r.a) kimi namazda vuruldun?
Niyə kədərlisən?
Yoxsa Osman (r.a) kimi Quran oxuyan zaman öldürüldün?
Niyə kədərlisən?
Yoxsa İbn Teymiyyə (r.) kimi “lə iləhə illəllah” dediyinə görə ömrün zindanda keçdi?
Niyə kədərlisən?
Yoxsa İmam Nəsai (r.) kimi haqqı dediyinə görə döyülərək öldürüldün?
Əgər kədərlənəcəksənsə,
Namazını qəzaya buraxdığın üçün, gecə namazına qalxa bilmədiyin üçün, bir müsəlmanın qəlbini qırdığın üçün kədərlən!
Kədərlənsən…
Bazar ertəsi, cümə axşamı oruc tuta bilmədiyin üçün kədərlən!
Kədərlənsən…
Bu gün Allah üçün bir şey edə bilmədiyin üçün, Allahı (subhənə təalə) məmnun edə bilmədiyin üçün kədərlən!
Kədərlənəcəksənsə,
Müsəlman ölkələrində zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən!
Kədərlənsən…
Bir kasıba kömək edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən!
Kədərlənsən…
Yeməyə bir loxma çörək tapa bilməyən, xəstəliklərlə mübarizə edən insanlar üçün kədərlən!
Kədərlənsən…
Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə bilmədiyin üçün kədərlən!
Kədərlənsən…
Allahı canından, malından, qohumlarından, hər şeydən çox sevə bilmədiyin üçün kədərlən!
Kədərlənsən…
Sözün həqiqi mənasında… qul ola bilmədiyin üçüb kədərlən!
Kədərlənsən…
Hesab günü Cəhənnəmə atılma qorxusundan kədərlən!
Bu gün forumda belə bir mövzu ilə rastlaşdım.Eynilə sizə təqdim edirəm.Əvvəlcədən onu deyim ki.mən də səs verdim!
Bu Gün Səhər Saatlarında Öz Elektron Poçtumu Yoxlayarkən ABŞ-da Oxuyan 1 Tanış Dostumun Məktubu Məni Çox Təəsssüfləndirdi..(O Məni Hər Zaman Öz Vətənimiz-Azərbaycana Dəstək Olmağa Çağırırdı..Və Məndən Xaiş Etdi Ki Salamlarını Sizlərə Çatdırım..Uşaqlar,Bildiyiniz Kimi Erməni Lobbisinin Ən Güclü Siyasəti Məhz ABŞ-dadır..Ona Görə Də Biz Də Əlimizdən Gələn Köməyi Öz Vətənimizçün Əsirgəməməliyik. Məktubda Mənə Bir Link Göndərmişdi..İndi Bu Linki Də Sizlərlə Pyalaşıram..Söhbət “Dağlıq Qarabağın Hansı Ölkəyə Aid Olması” ilə Əlaqədardır..Sizdən Sadəcə Səs Vermək Tələb Olunur..Unutmayın Ki Səsələr 1 Saatdan Sonra Təzələnir..Yəni Hər Saatın Başlanğıcında 1 Səs Verməyə Hamımız Borcluyuq..Səsvermədə Kim Çətinlik Çəksə Xəbər Eləsin..Hal-Hazırda Ermənilər Bizdən Üstündülər..Buna İmkan Verməməliyik.. 3 Rəngli Bayraq Həmişə Zirvələrə Layiqdi..
ÜMİDVARAM Kİ,SİZDƏ SƏS VERƏCƏKSİZ!
Qurani-Kərimdə müxtəlif cür xitablar mövcuddur. Bu xitabların hamısı dirilərə ünvanlanmışdır. Bu xitablar içərisində möminlərə, kafirlərə, müşriklərə, münafiqlərə və.s xitab olunur. Amma Qurani-Kərimin heç bir yerində ölülərə xitab olunmur. Çünki Qurani-Kərim bir hidayət rəhbəridir. Ölülərin bu rəhbərdən faydalanma imkanları ortadan qalxmışdır. Hətta bidətçilərin ölülələrə oxudqları Yasin surəsinin 70-ci ayəsində belə “diriləri qorxutmaq üçün” Quranın vəhy edildiyindən bəhs edilir. Amma bidətçilər bu ayəni görməməzliyə vurub, atalarının izi ilə yürüyərək Quranın dirilər üçün olduğunu anlamaq istəmillər.
Uca Allah bu barədə Qurani-Kərimdə belə buyurur: “Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (Bəqərə, 170)
Bidətçilər uydurulmuş hədisləri və atalarından nəql edilən yalnış qiyasları təmizə çıxartmaq üçün “dua oxumaq Quran oxumaqla eyni şeydir” deyə təvil etmişlər.
Lakin uca Allah Qurani-Kərimdə bizdən öncə vəfat etmiş möminlər üçün dua etməyin qaydasını göstərmişdir. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla…” (Həşr,10)
Bilindiyi kimi Əsri-Səadətdə yəni Peyğəmbərimizin (s.a.s) vaxtında ölmüş olan möminlərə evdə və ya məzarlıqda Quran oxuma kimi bir sünnət yox idi. Əgər Peyğəmbərimiz (s.a.s) və onun səhabələri ölülər üçün Quran oxumayıblarsa bəs onda özlərini müsəlman adlandıranlar kimin yolunu rəhbər tutub ölülərə Quran oxuyurlar? Əlbəttə ki, bu məsələdə bidətçilər Quranı və Peyğəmbərimizi (s.a.s) rəhbər deyil, öz atalarını və fırıldaçı “mollaların” yolunu rəhbər tutullar. Peyğəmbərimizin (s.a.s) yolunu rəhbər tutan müsəlmanlar isə onlardan öncə vəfat etmiş mömin qardaşları üçün Allahdan bağışlanma və məğfirət diləyirlər.
p.s Yazı mənim deyil
Əslində bu məsələ bir çoxlarının əlində bir bayraq kimi tutulub.Yəni guya islamda siğə anlayışı halaldır.Ancaq buna bir az aydınlıq gətirmək istədim.Və bu mövzunu mənə təklif tdiyi üçün də Orxan qardaşıma təşəkkür edirəm.
Belə ki,Siğə ərəb dilində “mut-a” adlanır. Lüğətdəki mənası, “faydalanmaq”, “istifadə etmək” deməkdir.Yəni hər hansı bir qadınla müəyyən məbləğin əvəzində bir neçə vaxt ərzində birlikdə olmaqdır.Burdan da görünür ki,siğədə İslam hüququndakı adi kəbin kəsdirmək üçün sərt qosulan sahid və elan yoxdur.
Ancaq bəzi İslam alimləri siğənin Məhəmməd Peyğəmbər (s.ə.s) vaxtından mövcud olduğunu iddia edirlər.Həmdə bu siğənin müddətinin 3 gündən çox olmamasını və daha sonra isə bunun qadağan olunmasını iddia edirlər.Məsələn İslam alimi olan Sərahsiyə görə müharıbə zamanı döyüşdə olan səhabələr öz xanımlarından ayrı qaldıqlarına görə özlərini kişilikdən məhrum etmələrinin qarşısını almaq üçün Məhəmməd Peyğəmbər (s.ə.s) 3 gün bu evliliyə icazə verib,3 gündən sonra isə qadağan edib.Yəni burdan da görünür ki,siğə artıq haram buyrulmuşdur.
Hz.Əli siğənin haram edilməsi haqqında belə demişdir. “Hz.Peyğəmbərin vəzifələndirdiyi carçı Heybər günü bunları bizə esitdirdi: “Diqqət edin, Allah və Rəsulu siğəni sizə qadağan etmisdir”.
Bu rəvayətləri incələyəndə sonra da Sərahsi siğənin İslamda heç vaxt dəqiq olaraq yəni mütləq olaraq halal olmadığını demişdir.
Qurani Kərimdə buyrulub:
“Onlar öz tənasül üzvlərini qoruyub saxlayırlar. Öz zövcələrindən və cariyələrindən basqa, bunda onlara tənə olunmaz. Bundan artığına can atanlar həddi asmıs olarlar” (”Muminun” surəsi, 5-7).
Siğənin zərərləri
Siğədə qadın həyat yoldası, basqa sözlə desək, arvad statusunda deyil, sadəcə müəyyən məbləğ və müddət ərzində istifadə edilən əks tərəf rolunu oynayır.
1. Evlilik daimi olmalıdır. Ailədə hər iki tərəf özlərini ölənə qədər bir yerdə yasamağı düsünməlidir. Ayrılmaq zehinlərindən də keçməməlidir. Siğədə isə sabitlik yoxdur.
2. İnsanlığını itirməmis səxs bu cür həyatdan bezər və nifrət edər.
3. Siğə qadının heysiyyəti, qüruruyla oynamaqdır. Burda qadın icarəyə götürülən mal hökmündə olur. Kisidən aldığı maddi vəsaitin hesabına bütün bədənini ona təslim etməsi qadını alçaldır. Belə hallarda qadın kisilərin həvəslərinə qurban rolunu oynayır.
4. Siğənin İslamda qadağan olunan zinadan – kəbinsiz cinsi əlaqədən nə fərqi var? Siğəni halal hesab edənlərin isə zinada kəbinin və iddətin olmadığını dəlil gətirmələri usaq bəhanəsidir.
5. Zinada məqsəd səhvətin söndürülməsidir. Kəbində məqsəd isə nəslin çoxalması və ailə səadətidir. Vəziyyət belə olduğu halda, siğədə eyni ilə zinadakı məqsəd olduğu açıq-askar görsənmirmi?
6. Siğədə qadının vəziyyəti bir yerdən basqa yerə köçən əsyaya oxsayır. Çünki qadın da vaxtı qurtarandan sonra basqa kisiylə siğə edir.
7. Siğə həmisəlik olmadığı üçün doğulan usaqların gələcəyi üçün yeni problemlər ortaya çıxa bilər. Usaqlar ata sevgisindən məhrum qaldıqları kimi, evinə sadiq qalan anaya da həsrət qalarlar.
8. Müvəqqəti evliliyin adı nə olursa-olsun, əxlaqa zidd davranıs olduğu kimi, həm də cəmiyyəti mənfi nəticələrə sürükləyir.